...

UEFA prezidenti Superliqa ideyasını tarix adlandırıb

İdman Materials 9 Aprel 2024 19:59 (UTC +04:00)

Bakı. Trend:

UEFA prezidenti Aleksandr Çeferin növbəti dəfə Superliqa ideyası ilə bağlı danışıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, bu layihənin məhv olduğunu açıqlayıb.

Çeferin heç kimin Superliqada oynamaq istəmədiyini iddia edib: “De-fakto layihə dayanıb. Heç kim bu yarışı istəmir. Hamı ən yaxşı turnirdə oynamaq arzusundadır. Baxın, Avroliqa basketbolla bağlı nə edib. Bəzi şəxslər öz eqoları ilə hərəkət edirlər və başa düşmürlər ki, kiçik ölkələrin inkişafı sayəsndə onların belə böyük klubları var. Superliqa ideyası mənim üçün məhv olmuş və əhəmiyyətsizdir”.

Qeyd edək ki, UEFA prezidenti öz açıqlamaları ilə “Real”ın prezidenti Florentino Peresi hədəfə alıb.

Xəbər lenti

Xəbər lenti