...

Azərbaycan badmintonçusu Avropa çempionatının 1/4 finalına yüksəlib

İdman Materials 11 Aprel 2024 20:28 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Almaniyanın Saarbrükken şəhərində keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, Toma Junior Popovla qarşılaşacaq.

Edi mübarizəyə Bolqarıstan təmsilçisi Dimitar Yanakievlə start verib. O, rəqibini 2:0 (21:10, 21:18) hesabı ilə məğlub edib. Dviçayo növbəti mərhələdə Sloveniya badmintonçusu Miha İvançiçi mübarizədən kənarlaşdırıb – 2:0 (21:13, 21:13)

Badmintonçumuz 1/4 finala yüksəlmək üçün danimarkalı Maqnus Yohannesenlə qarşılaşıb. Edi güclü rəqibini 2:1 (21:19, 12:21, 21:19) hesabı ilə məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti