...

“Mançester Siti”dən çempionluq yolunda mühüm addım

İdman Materials 15 May 2024 01:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə Premyer Liqası 34-cü turdan təxirə salınmış oyun keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Mançester Siti” “Tottenhem”in qonağı olub.

“Şəhərlilər” çempionluq mübarizəsində üstünlüyü ələ keçirmək üçün mütləq qalib gəlməli idilər. Xosep Qvardiolanın yetirmələri Holandın qolları ilə 2:0 hesablı qələbə qazanıblar. Bu nəticədən sonra Mançester təmsilçisi xalını 88-ə yüksəldib. 2-ci “Arsenal”ın 86 xalı var.

Qeyd edək ki, sonuncu turda “Mançester Siti” öz meydanında “Vest Hem”lə, “Arsenal” isə “Everton”la qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti