...

Norveçli hücumçu La Liqada bombardir yarışından kənar qalıb

İdman Materials 26 May 2024 05:06 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

“Vilyarreal”ın norveçli hücumçusu Aleksandr Sorlot La Liqada mövsümü bombardir kimi bitirə bilməyəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, onun arzuları mövsümün sonuncu - 38-ci turunda ürəyində qalıb.

“Osasuna” səfəri öncəsi bombardirlər siyahısında 1-ci olan ukraynalı Artyom Dovbikdən (24 qol) cəmi 1 qol geri qalan 28 yaşlı forvardın bu oyunda onu keçmək arzusu reallaşmayıb. Sorlot meydan sahiblərinin 1:0 öndə olduğu və davam edən matçın 17-ci dəqiqəsində zədələnərək yerini Xose Luis Moralesə verib.

Qeyd edək ki, bombardirlik mübarizəsində “Real”ın futbolçusu Cud Belingem 19 qolla 3-cü sıradadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti