...

Azərbaycan İsveçrə, Estoniya və Kipr yığmaları ilə qarşılaşacaq

İdman Materials 7 İyun 2024 15:53 (UTC +04:00)

Bakı. Trend:

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 2024/2025-ci illər mövsümünün I mərhələsindəki rəqibləri bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu gün təşkil edilən püşkatma mərasimində B Liqasında yer alan millimiz İsveçrə, Estoniya və Kipr yığmaları ilə 5-ci qrupda mübarizə aparacaq.

İyuldan dekabrın əvvəlinədək baş tutacaq oyunlardan sonra qrup qalibləri və ən yaxşı ikinci yerin sahibləri A Liqasına vəsiqə əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti