...

AFFA-nın gələcəklə bağlı fikirlərini bilmək mənim üçün maraqlı oldu - Fernandu Santuş

İdman Materials 13 İyun 2024 12:26 (UTC +04:00)
AFFA-nın gələcəklə bağlı fikirlərini bilmək mənim üçün maraqlı oldu - Fernandu Santuş

Bakı. Trend:

Ümumi proses haqqında danışmağa vaxtım olacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunan Fernandu Santuş deyib.

Təcrübəli portuqaliyalı mütəxəssis təqdimat mərasimində AFFA-ya ona etimad göstərdiyi üçün təşəkkür edib:

“Onların gələcəklə bağlı fikirlərini bilmək mənim üçün maraqlı oldu. Qərarımda bu kimi məsələlər önəmli idi. Təbii ki, bu qarşılıqlı anlaşma gələcək layihələri həyata keçirmək baxımından önəmli idi. Burdayamsa, AFFA rəhbərliyi məni seçib”.

Qeyd edək ki, Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub.

Xəbər lenti

Xəbər lenti