...

AFFA-nın İcraiyyə Komitəsi niyə Qurbanovsuz qərar verib?

İdman Materials 13 İyun 2024 13:49 (UTC +04:00)

Bakı. Trend:

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun AFFA-nın İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasına qatılmamasının səbəbi bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev bu gün keçirilən mətbuat konfransında açıqlayıb.

O bildirib ki, 52 yaşlı mütəxəssis Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun təyinatının rəsmiləşdiyi iclasa öz xahişi ilə qatılmayıb:

“O, öz xahişi ilə iclasda olmadı. Qurbanov əvvəllər milliyə baş məşqçilik etdiyi üçün bu məsələnin həssaslığını nəzərə alaraq iştirak etmək istəmədi. Biz də bunu müsbət qarşıladıq”.

Qeyd edək ki, komitənin iclasında Santuşla 3+1 illik müqavilənin imzalanması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti