...

AVRO-2024: İtaliya Albaniya millisinə qalib gəlib

İdman Materials 16 İyun 2024 01:02 (UTC +04:00)
AVRO-2024: İtaliya Albaniya millisinə qalib gəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada keçirilən AVRO-2024-ün qrup mərhələsi davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu gün B qrupunda I tura yekun vurulub.

Günün son matçında İtaliya ilə Albaniya qarşılaşıb. "Olüm qrupu"nun Dortmundda baş tutan oyununda son çempion qələbə qazanıb. Erkən qol buraxan italiyalılar ardıcıl 2 dəfə fərqləniblər. İtaliya yığması 16 dəqiqəyə hesabda önə keçib və üstünlüyünü sonadək qoruyub saxlayıb.

Qeyd edək ki, qrupun digər matçında İspaniya Xorvatiyaya qalib gəlib.

AVRO-2024
Qrup mərhələsi, I tur
15 iyun, B qrupu
23:00. İtaliya – Albaniya - 2:1
Qollar:
Alessandro Bastoni, 11. Nikola Barella, 16 - Nedim Bayrami, 1
Baş hakim: Feliks Zvayer (Almaniya)
Dortmund. Vestfalenstadioion

Xəbər lenti

Xəbər lenti