...

Sloveniya - Danimarka: Hərəyə 1 qol və 1 xal

İdman Materials 16 İyun 2024 22:01 (UTC +04:00)
Sloveniya - Danimarka: Hərəyə 1 qol və 1 xal
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada təşkil olunan AVRO-2024-ün C qrupunda mübarizəyə start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Sloveniya və Danimarka qarşılaşıb.

Görüş Ştutqartda keçirilib və qalib müəyyənləşməyib. Danimarka hesabı erkən açsa da, fasilədən sonra Sloveniya bərabərlik qolunu vurub. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər matçında İngiltərə və Serbiya üz-üzə gələcək.

AVRO-2024
Qrup mərhələsi, I tur
16 iyun, C qrupu
20:00. Sloveniya - Danimarka - 1:1
Qollar:
Erik Yanza, 77 - Kristian Eriksen, 17
Baş hakim: Sandro Şarer (İsveçrə)
Ştutqart. "Ştutqart Arena"

Xəbər lenti

Xəbər lenti