...

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi olub (FOTO)

İdman Materials 20 İyun 2024 04:10 (UTC +04:00)
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi olub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan millisinin heyətində bu gün İsa Əliyev körpücük üzərinə çıxıb.

O, yaşı 15-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 112 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropanın ən yaxşısı olub. İdmançı təkanla qaldırma hərəkətində 137 kq-ı ram edib və bu hərəkətdə gümüş medalına sahib çıxıb.

Toplam 249 kq (112+137) nəticə göstərən İsa Əliyev yekun sıralamada da bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının qatıldığı birincilik iyunun 23-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti