...

İngiltərədən ilk xal itkisi

İdman Materials 20 İyun 2024 21:57 (UTC +04:00)
İngiltərədən ilk xal itkisi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AVRO-2024-ün C qrupunda II tura yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, günün ikinci matçında Danimarka ilə İngiltərə üz-üzə gəlib.

Çempionatın favoriti hesab olunan İngiltərə xal itkisi yaşayıb. Harri Keyn hesabı açsa da, Morten Hyulmand uzaqdan güclü zərbə ilə hesabı bərabərləşdirib. Danimarka ardıcıl ikinci matçda heç-heçə oynayıb. İngiltərə isə 2 oyundan sonra 4 xal toplayıb.

Qeyd edək ki, C qrupunun son turunun matçları iyunun 25-də keçiriləcək.

AVRO-2024
Qrup mərhələsi, II tur
20 iyun, C qrupu
20:00. Danimarka – İngiltərə - 1:1
Qol:
Morten Hyulmand, 34 - Harri Keyn, 18
Baş hakim: Artur Soareş Diaş (Portuqaliya)
Frankfurt Arena

Xəbər lenti

Xəbər lenti