...

Lüksemburq – Azərbaycan oyununun yeri dəqiqləşib

İdman Materials 11 İyul 2024 18:47 (UTC +04:00)

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Lüksemburqla oyununun yeri müəyyənləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Yığmamızın Avropa çempionatının seçmə mərhələsindəki səfər matçı Eş-Sur-Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda baş tutacaq. F qrupu çərçivəsində sentyabrın 6-da təşkil olunacaq.

Qeyd edək ki, görüşün başlama saatı dəqiqləşməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti