...

Danimarka millisinin baş məşqçisi istefa verib

İdman Materials 19 İyul 2024 15:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarka millisinin baş məşqçisi Kasper Yulmann istefa verib.

Trend xəbər verir ki, bu barədə Danimarka Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Danimarka millisi Kasper Yulmannın rəhbərliyi ilə son Avropa çempionatında ev sahibi Almaniya seçməsinə 1/8 finalda uduzaraq mübarizəni dayandırmışdı.

Qeyd edək ki, 52 yaşlı məşqçi 2020-ci ildən Danimarka yığmasına başçılıq edirdi.

Xəbər lenti

Xəbər lenti