...

“Qarabağ”la “Neftçi”nin oyunları nə vaxt keçiriləcək?

İdman Materials 20 İyul 2024 11:46 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın iki ən titullu klubu “Qarabağ”la “Neftçi” arasında oyunların vaxtları bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Premyer Liqanın 2024/25 mövsümündə 4 dəfə üz-üzə gələcək komandaların ilk dueli VII tura təsadüf edəcək.

Bakı klubu I və III dövrədə ev sahibi olacaq. II və IV dövrənin duelləri Ağdam təmsilçisinin meydanında keçiriləcək.

VII tur, 20-22 sentyabr 2024-cü il
"Neftçi" - "Qarabağ"

XV tur, 29 noyabr - 1 dekabr 2024-cü il
"Qarabağ" - "Neftçi"

XXIII tur, 14-16 fevral 2025-ci il
"Neftçi" - "Qarabağ"

XXXI tur, 18-20 aprel 2025-ci il
"Qarabağ" - "Neftçi".

Xəbər lenti

Xəbər lenti