...

Millimiz Ermənistanla qarşılaşacaq

İdman Materials 21 İyul 2024 05:16 (UTC +04:00)

Bakı. Trend:

20 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Ermənistanla qarşılaşacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız Avropa çempionatının B divizionunda 19-cu yer uğrunda yarışacaq.

Oyun bu gün Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığmamız 17-ci yer uğrunda görüşdə İsveçrəyə 40:111 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandamız turnirdə keçirdiyi beş oyunun hamısında uduzub.

Xəbər lenti

Xəbər lenti