Bakı. Trend:
"Sevilya" Markos Akunyanın transfer qiymətini açıqlayıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, argentinalı müdafiəçi 3,5 milyon avroya satıla bilər.
Sevilyalılar "Qalatasaray"ın da maraqladığı futbolçu transferə çıxarıblar. Baş məşqçi hazırlığından narazı qaldığı üçün Akunanı əsas heyətdən kənarda qoyub. Markos "Korintians" və AEK-in də transfer siyahısına daxil olub.
Qeyd edək ki, 2020-ci ildən "Sevilya"da çıxış edən argentinalı 149 oyunda 6 qol və 16 ötürmə verib.