Bakı. Trend:
Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, 3-cü yarış günündə 4 çəkidə qaliblər müəyyənləşir.
Azərbaycanın 6 cüdoçusu tatamiyə çıxıb.
Avropa çempionatı
Qızların yarışı
+78 kq
1/8 finalda mübarizəyə başlayacaq Nigar Süleymanovanın rəqibi
fransalı Selia Cancan olub. Rəqibinə uduzan Nigar mübarizəni erkən
dayandırıb.
Oğlanların yarışı
90 kq
Aslan Kotsoevin ilk olaraq Alsksandru Sibisanı (Rumıniya) daha
sonra isə Miçe Velteri (Lüksemburq) yolundan uzaqlaşdırıb. 1/4
finalda sloveniyalı Oleksi Boldyriedən üstün olan Aslan yarımfinala
yüksəlib. Burda onun rəqibi Henry Ovusu (İtaliya) olub. Rəqibinə
qalib gələn Kotsoev finalda Milyan Raduljla (Serbiya) ilə
qarşşılaşıb. Mübarizədən serbiyalı cüdoçu qalib ayrılıb.
Tuncay Şamil Kiril Volkov (Litva) və Kristiano Minçinezidən (İtaliya) üstün olsa da 1/4 finalda serbiyalı Milyan Radulja uduzub. Şamil bürünc uğrunda təsəlliverici görüşdə xorvatiyalı Borna Butuyevi üstələyib. O, italiyalı Henry Ovusunu da məğlub edərək bürünc medala sahib olub.
100 kq
İlk mərhələdən güləşməyə başlayan Azad Bağırov Frantizel Lhotzkini
(Çexiya) məğlub edib. O 1/8 finalda fransalı Makenze Bordinlə
bacarmayıb.
+100 kq
1/8 finalda mübarizəyə qoşulan Kənan Nəsibov Fedir Yarosenkoya
(Ukrayna) qalib gəlib. O daha sonra komanda yoldaşı Ramazan
Əhmədovu məğlub edib. Kənanın yarımfinalda rəqibi İbrahim
Tataroğluya (Türkiyə) uduzub. O, bürünc medal uğrunda görüşdə
rəqibi çexiyalı Tomas Raskaya qalib gələrək fəxri kürsiyə
qalxıb.
Ramazan Əhmədov isə litvalı Armandas Vaskasdan güclü olub. 1/4
finalda Kənana uduzan Ramazan bürünc medal uğrunda təsəlliverici
görüşdə Saba Kardavaya (Gürcüstan) uduzub.
Qeyd edək ki, Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb.