Bakı. Trend:
Bu gün cüdo üzrə Zaqrebdə Qran-prisinə start verilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, turnirin ilk günündə 3 çəkidə 5 cüdoçumuz tatamiyə çıxır.
Kişilərin yarışında 4, qadınlarda isə 1 təmsilçimiz iştirak edir.
Cüdo: Zaqreb Qran-prisi
Kişilər
60 kq
Əhməd Yusifov ilk mərhələdə Macarıstan cüdoçusu Marton Andrassinini
məğlub edib. Onun 1/8 finalda rəqibi belçikalı Olivier Naert
olacaq.
Turan Bayramov 1/8 finalda Hubert Qabin Supervillə (Fransa)
qarşılaşacaq.
66 kq
Ruslan Paşayev 1/8 finalda Dani Klaçarı sınağa çəkəcək.
Nazir Talıbov ilk mərhələdə İsaya Ramiresə (ABŞ) qalib gəlib. O,
1/8 finalda gürcüstanlı Tenqo Ziraqaşvili ilə görüşəcək.
Qadınlar
52 kq
Aydan Vəliyeva 1/8 finalda kosovolu Erza Muminoviqini məğlub edib.
Onun 1/4 finalda rəqibi Roza Qyertyas (MAcarıstan) olacaq.
Qeyd edək ki, turnirdə ölkəmiz 10 cüdoçu ilə təmsil olunub.