...

Ən dəyərli türkiyəli futbolçular - ADLAR

İdman Materials 9 Oktyabr 2024 03:07 (UTC +04:00)
Ən dəyərli türkiyəli futbolçular - ADLAR

Bakı. Trend:

Ən dəyərli türkiyəli futbolçuların adları açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, siyahını Beynəlxalq Araşdırmalar Mərkəzi tərtib edib.

Cədvələ “Real”ın futbolçusu Arda Gülər başçılıq edir. Onun dəyəri 73,2 milyon avrodur.

İkinci sırada “Yuventus”dan Kenan Yıldız (62,6 milyon avro), üçüncü yerdə isə “Benfika”dan Orkun Kökçü (43,2 milyon avro) qərarlaşıb.

Ən dəyərli türkiyəli futbolçuların “10-luğu”:

1. Arda Gülər (“Real”) - 73.2 milyon avro;

2. Kenan Yıldız (“Yuventus”) - 62.6 milyon avro;

3. Orkun Kökçü (“Benfika”) - 43.2 milyon avro;

4. Hakan Çalhanoğlu (“İnter”) – 40 milyon avro;

5. Kerem Aktürkoğlu (“Benfika”) – 35.4 milyon avro;

6. Ferdi Kadıpğlu (“Brayton”) – 31.2 milyon avro;

7. Semih Kılıçsoy (“Beşiktaş”) – 27.6 milyon avro;

8. Barış Alper Yılmaz (“Qalatasaray”) – 26.3 milyon avro;

9. Can Uzun (“Ayntraxt”) – 20.1 milyon avro;

10. Ozan Kabak (“Hoffenhaym”) – 15.1 milyon avro.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti