...

Azərbaycan – Slovakiya oyununun hakimləri açıqlanıb

İdman Materials 11 Oktyabr 2024 13:03 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan – Slovakiya oyununun hakimləri bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Millətlər Liqasının IV turunun matçının Norveç təmsilçiləri idarə edəcəklər.

Rohit Saqqi qarşılaşmanın baş hakimi olacaq. Ona Morten Yensen və Anders Olav Dale kömək edəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

Qeyd edək ki, C liqasının I qrupunun Azərbaycan – Slovakiya oyunu oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti