...

"Qarabağ"ın futbolçusu Əlcəzair yığmasında qələbəyə sevinib

İdman Materials 14 Oktyabr 2024 23:25 (UTC +04:00)

Bakı. Trend:

"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair yığmasında növbəti oyununu keçirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsində 4-cü turunda Toqoya qarşı oynayıb.

Benzia səfər qarşılaşmasında 63 dəqiqədə meydanda olub. Oyun Yassinin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu uğurdan sonra Əlcəzair millisi 12 xalla lider mövqeyində qərarlaşıb. Yığma növbəti matçını noyabrın 11-də Ekvatorial Qvineyanın qonağı olacaq.

Xəbər lenti

Xəbər lenti