Bakı. Trend:
24 oktyabr - 4 noyabr tarixlərində Polşanın Raşin şəhərində keçirilən gənclər və 23 yaşadək atletlər arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.
Trend-in məlumatına görə, yarışda iştirak edən Azərbaycan yığma komandasının ən ağır çəkili idmançısı Əli Şükürlü medal kolleksiyasına daha 3 mükafat əlavə edib. Atletimiz birdən qaldırma hərəkətində 173 kq nəticə göstərərək Avropa birinciliyinin gümüş medalını qazanıb.
Təkanla qaldırma hərəkətində 201 kq ağırlığı başı üzərinə qaldıran Əli Şükürlü, bu dəfə bürünc medala sahib olub. Həmçinin, təmsilçimiz toplam çəkidə də ən güclü üçlüyə daxil olub. O, 374 kq (173+201) nəticə ilə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.