Bakı. Trend:
Erik Ten Haq, Bundesliqada yeni bir komanda ilə çalışmaq üzərindədir.
Trend-in məlumatına görə, "Leypziq" klubu hollandiyalı məşqçini baş məşqçi olaraq gətirmək niyyətindədir. Bu barədə "Sky DE" məlumat yayıb.
Almaniya təmsilçisi, hazırda baş məşqçisi Marko Ros ilə yollarını ayırmaq istəyir və yaxın vaxtlarda Ten Haq ilə danışıqlara başlamağı planlaşdırır. Xatırladaq ki, Erik Ten Haq, Mançester Yunayted-də ardıcıl mənfi nəticələr səbəbindən 28 oktyabrda vəzifəsindən ayrılmışdı.