...

Avropa Dağ Velosipedi Çempionatı İsveçdə keçiriləcək

İdman Materials 8 Fevral 2025 05:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Dağ Velosipedi Çempionatı İsveçin Höteborq şəhərində baş tutacaq.

Trend xəbər verir ki, yarış 2027-ci ildə İsveçin "Master" veloklubu tərəfindən təşkil ediləcək və beş gün davam edəcək. İdmançılar tam yeni marşrutda 13 çempionluq titulu uğrunda mübarizə aparacaqlar. Test yürüşü artıq bu il keçiriləcək.

Veloklubun sədri Albin Andresson bildirib ki, bu yarışın İsveçdə keçirilməsi illərlə aparılan gərgin işin nəticəsidir:
"Ümid edirik ki, idmansevərlər dünya səviyyəli yarışdan zövq alacaq və bu, xüsusilə gənclər arasında velosiped sürməyə marağı artıracaq."

Qitələrarası çempionatda 30-dan çox ölkədən 400-dən artıq velosipedçinin iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti