...

"Zirə"dən yeni transfer

İdman Materials 8 Mart 2025 18:28 (UTC +04:00)
"Zirə"dən yeni transfer
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi Rikardo Martins Gimaraynş "Quima"nı heyətinə qatıb. Mozambikli yarımmüdafiəçiylə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın "Oliveyrense", "Sportinq B", "Akademika", "Çaves", Polşanın "LKS Lodz" və Türkiyənin "Iğdırspor" klublarında çıxış edib. Mozambik millisinin üzvü olan futbolçu yığmada keçirdiyi 15 oyunda 2 dəfə fərqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti