...

"Liverpul" Anjelo Ştilleri transfer siyahısına daxil edib

İdman Materials 8 Mart 2025 19:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Ştutqart"ın yarımmüdafiəçisi Anjelo Ştiller karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, Premyer Liqa klubu 23 yaşlı yarımmüdafiəçinin performansını yaxından izləyir. Ştillerin sərbəstqalma məbləği 36,5 milyon avro təşkil edir və "Liverpul"un yayda futbolçu üçün rəsmi təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Anjelo Ştiller "Bavariya" akademiyasının yetirməsidir və 2023-cü ilin yayından "Ştutqart"da çıxış edir. O, bu mövsüm Bundesliqada 37 rəsmi matçda meydana çıxaraq 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti