Bakı. Trend:
Türkiyənin Diyarbəkir şəhərində yerləşən “Starbucks” qəhvəxanasına silahlı hücum nəticəsində bir nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.
Trend xəbər verir ki, İHA agentliyinin məlumatına görə, hadisə şəhərin mərkəzi Bağlar rayonundakı ticarət mərkəzində baş verib.
Naməlum şəxs qəhvəxanaya bayırdan atəş açıb. Nəticədə bir qadın ağır yaralanıb və xəstəxanaya aparıldıqdan sonra həyatını itirib.
“Anadolu” agentliyi isə cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarının davam etdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.