...

Karlo Ançelotti "Real Madrid"də qalmağa qərar verib

İdman Materials 9 Mart 2025 08:21 (UTC +04:00)
Karlo Ançelotti "Real Madrid"də qalmağa qərar verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi ilə bağlı qərarını verib. Məşhur italiyalı mütəxəssis növbəti mövsümdə də "Real Madrid"i çalışdırmağa davam etmək istəyir.

Trend xəbər verir ki, bu barədə "Athletic" nəşri məlumat yayıb. Ançelottinin gələcəyini, La Liqa və ya Çempionlar Liqasını qazandığı təqdirdə təmin etməsi gözlənilir.

65 yaşlı mütəxəssisin "Real Madrid"lə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər davam edir.

Əvvəlki xəbərlərə görə, "Real Madrid" klubunun Ançelottinin potensial əvəzləyicisi kimi hazırda "Bayer Leverkuzen"ə rəhbərlik edən Xabi Alonsonu nəzərdən keçirdiyi bildirilmişdi.

Xəbər lenti

Xəbər lenti