...

Misli Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək

İdman Materials 9 Mart 2025 08:47 (UTC +04:00)
Misli Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasında XXVI turun oyunları davam edir.

Trend xəbər verir ki, ilk olaraq "Şamaxı" "Sabah"ı qəbul edəcək.

Məlumata görə, qarşılaşma saat 15:00-da başlayacaq.

Ardınca isə "Zirə" "Səbail"i sınağa çəkəcək. Matçın start fiti saat 17:30-da start götürəcək.

Turnir cədvəlində "Zirə" 48 xalla ikinci, "Sabah" 34 xalla beşinci sırada yer alıb. 24 xalı olan "Şamaxı" yeddinci və 18 xala malik "Səbail" sonuncu yerdə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti