...

"Mançester Yunayted" Kazemironu sata bilər

İdman Materials 9 Mart 2025 04:22 (UTC +04:00)
"Mançester Yunayted" Kazemironu sata bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Mançester Yunayted" braziliyalı yarımmüdafiəçi Kazemironun yay transfer dönəmində 15 milyon funt sterlinqə satılmasına razıdır.

Trend xəbər verir ki, İngiltərə mətbuatında yayılan məlumata görə, klub 33 yaşlı futbolçunu 20 milyon funt sterlinqdən aşağı qiymətə buraxmağa hazırdır.

Kazemironun satışı "Mançester Yunayted"ə maliyyə itkilərindən qaçmağa və Premyer Liqanın maliyyə qaydalarını pozmamağa kömək edə bilər.

Qeyd edək ki, "qırmızı şeytanlar" 2022-ci ildə Kazemironu "Real Madrid"dən 60 milyon funt sterlinqə transfer etmişdi.

Xəbər lenti

Xəbər lenti