...

Egey dənizində 50 qanunsuz miqrant saxlanılıb

Dünya xəbərləri Materials 9 Mart 2025 06:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Egey dənizinin Türkiyənin ərazi sularına daxil olan hissəsində 50 qanunsuz miqrant saxlanılıb.

Trend-in məlumatına görə, miqrantlar Türkiyənin İzmir vilayətinin Çeşmə və Karaburun rayonları sahillərinə yaxın bölgədə patrul aparan Sahil Mühafizəsi Xidmətinin gəmi heyəti tərəfindən ələ keçirilib.

İki rezin qayıqda aşkarlanan miqrantlardan 22-nin azyaşlı olduğu müəyyən edilib.

Onlar aidiyyəti qurumlara təhvil verilib.

Xəbər lenti

Xəbər lenti