Bakı. Trend:
İspaniya La Liqasında XXVII turun növbəti oyunu keçirilib.
Trend-in məlumatına görə, çempionluq uğrunda mübarizəsi aparan "Atletiko Madrid" səfərdə "Xetafe" ilə qarşılaşıb. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 33-ə çatdıran “Xetafe"” 11-ci pilləyə yüksəlib. “Atletiko Madrid” isə 56 xalla ikinci yerdə qalıb.