Bakı. Trend:
Fransa paytaxtının mərkəzində prezident Emmanuel Makronun Ukraynaya fransız qoşunlarını göndərmək planlarına qarşı etiraz aksiyası baş tutub.
Trend xəbər verir ki, yüzlərlə insan Luvr yaxınlığındakı Royal Sarayına toplaşaraq Ukraynaya qoşun və silah göndərilməsinə, eləcə də ölkənin NATO-ya qəbuluna qarşı şüarlar səsləndirib.
Daha sonra etirazçılar Sena çayının o biri tərəfinə keçərək Avropa İttifaqını Avropa silahlı qüvvələrinin yaradılması yolu ilə hərbi bloka çevrilmək istəyindən əl çəkməyə çağırıblar. Aksiyanın təşkilatçıları eyni zamanda Fransanın Aİ-dən çıxması üçün fəal kampaniya aparıblar.