...

Almaniya gömrüyü İsveç vətəndaşından minlərlə Dubay şokoladı müsadirə edib

Dünya xəbərləri Materials 9 Mart 2025 03:59 (UTC +04:00)
Almaniya gömrüyü İsveç vətəndaşından minlərlə Dubay şokoladı müsadirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya gömrük orqanları İsveç vətəndaşından 13 minə yaxın Dubay şokoladı müsadirə edib.

Trend xəbər verir ki, "Der Spiegel"in məlumatına görə, 51 yaşlı şəxs Çexiyadan Almaniyaya daxil olarkən şokoladları gömrük orqanlarına bəyan etmədən keçirməyə çalışıb.

Axtarış zamanı onun avtomobilində yalnız Dubay şokoladı deyil, həm də 650 banka bal, müxtəlif kremlər, pastalar, saxta brend saat qutuları, geyim və ayaqqabılar tapılıb.

Şəxs malları Bolqarıstandan aldığını iddia etsə də, sənədlərdə onların Türkiyədən gətirildiyi qeyd olunub. O, idxal rüsumlarını ödəyə bilmədiyinə görə "Əmtəə Nişanı" və "Dərmanlar haqqında" qanunları pozmaqda, eləcə də vergi və rüsumdan yayınmaqda ittiham olunur.

Təkcə şokoladların qeyri-qanuni idxalına görə onu 10 min avro (təxminən 18 min 400 manat) cərimə gözləyir.

Xəbər lenti

Xəbər lenti