Bakı. Trend:
Nyu-Cersi ştatında 14 yaşlı yeniyetmə polis əməkdaşlarına atəş açıb, nəticədə bir məmur ölüb, digəri isə yaralanıb.
Trend-in məlumatına görə, bu barədə CBS News xəbər yayıb.
Hadisə martın 7-də baş verib, polis bir qrup silahlı yeniyetmənin xəbərinə reaksiya verdikdə təqib zamanı şübhəli yeniyetmə polis məmurunu vurub. Xəsarət alan şübhəli polis tərəfindən saxlanılıb və məmuru öldürməkdə ittiham olunub.