Bakı. Trend:
Suriyanın təhlükəsizlik qüvvələri sahilyanı Tartus və Latakiya əyalətlərinə gedən yolları bağlayıb.
Trend xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Məlumata görə, yolların bağlanması bölgədə mümkün gərginliyin qarşısını almaq və vəziyyəti sabitləşdirmək məqsədi daşıyır.
Bundan əlavə, Suriyanın yeni hakimiyyət orqanları son hərbi əməliyyatlar zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını araşdırmaq üçün xüsusi komitə yaradıb. Şübhəli şəxslərin işlərinə tribunalda baxılacaq.