Bakı. Trend:
Antarktida üzərindəki ozon dəliyi freonların istifadəsinə qoyulan beynəlxalq qadağalar nəticəsində aradan qalxmaqdadır.
Trend xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun alimləri Monreal protokolunun ozon təbəqəsinin qorunmasına müsbət təsirini 95% əminliklə təsdiqləyiblər. Bu, zərərli ultrabənövşəyi radiasiyadan qorunmanı gücləndirir və dəri xəstəlikləri ilə göz zədələnmələrinin qarşısını alır.
Xatırladaq ki, uzun illər boyu aerozol qutularında, soyuducularda və kondisionerlərdə istifadə edilən xloroflorokarbonlar (freonlar) Antarktida üzərində nəhəng ozon dəliyinin yaranmasına səbəb olmuşdu. Lakin bu maddələrə qarşı qəbul edilən qadağalar tədqiqatlar nəticəsində effektivliyini sübut edib.