Bakı. Trend:
Martın 8-də Gürcüstanda gün ərzində ikinci dəfə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar günün ikinci yarısında, paytaxt Tbilisidən 63 kilometr aralıda, şimal-şərqdə yerləşən Tianeti şəhərinin Axadi kəndində qeydə alınıb. Zəlzələnin maqnitudası 4,0 bal təşkil edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Gürcüstanın Ermənistanla sərhədinə yaxın ərazidə, Ermənistan ərazisində 5,1 bal gücündə zəlzələ baş verib.