Bakı. Trend:
Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatia" Albaniya çempionatında liderliyini davam etdirir.
Trend xəbər verir ki, komanda 30-cu tur çərçivəsində evdə "Tirana" ilə qarşılaşıb və oyun 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə "Eqnatia"nın xalı 54-ə yüksəlib.
Zamiq Əliyev matçın 45+5-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, hər iki komanda bir futbolçusunu qırmızı vərəqə ilə itirib və oyunu on nəfərlə başa vurub.