...

Azərbaycan taekvondoçuları Belçikada 6 medal qazanıblar

İdman Materials 16 Mart 2025 13:05 (UTC +04:00)
Azərbaycan taekvondoçuları Belçikada 6 medal qazanıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın böyüklərdən ibarət taekvondo millisinin üzvləri Belçikanın Lommel şəhərində keçirilən açıq çempionatda 6 medal qazanıblar.

Trend-in Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bəhruz Quluzadə (54 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər taekvondoçularımızdan Qaşım Maqomedov (63 kq) gümüş, Xıdır Məmmədov (54 kq), Səyyad Dadaşov (58 kq), Eltac Qafarov (87 kq) və Səmərrux Osmanova (49 kq) isə bürünc medallara sahib olublar.

Xəbər lenti

Xəbər lenti