...

"Arsenal"ın müdafiəçisi Səudiyyə Ərəbistanı klubunun maraq dairəsində

İdman Materials 19 Mart 2025 05:58 (UTC +04:00)
"Arsenal"ın müdafiəçisi Səudiyyə Ərəbistanı klubunun maraq dairəsində
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Əl-Nəsr" yayda braziliyalı müdafiəçi Qabriel Maqalyaeşi heyətinə qatmaq istəyir.

Trend xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Qabrielə yüksək məbləğdə maaş təklif edəcək. "Əl-Nəsr" müdafiəçiyə "Arsenal"da qazandığından 3 dəfə çox, yəni 20 milyon avro maaş təklif etməyə hazırdır. Lakin "Arsenal" Qabrieli 100 milyon avrodan ucuz satmaq niyyətində deyil.

Qeyd edək ki, "Arsenal" 27 yaşlı braziliyalı futbolçu ilə yeni müqavilə bağlamağı planlaşdırır. Qabriel isə mövsümün sonunda qərarını verəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti