Bakı. Trend:
"Mançester Siti" "Milan"ın formasını geyinən Tiyani Reynderslə maraqlanır
Trend-in məlumatına görə, bu barədə İngiltərə mətbuatı yazıb.
Baş məşqçi Pep Qvardiola, yarımmüdafiə xəttində dəyişiklik etməyi planlaşdırır və 26 yaşlı futbolçunu heyətə cəlb etmək istəyir. İngilis klubu bu keçidə görə 60 milyon avro ödəməyə hazırdır. Reyndersin "Milan"la müqaviləsi 2030-cu ilin yayına qədər davam edir.
Qeyd edək ki, Reynders bu mövsümdə 42 oyunda 13 qol vurub və 4 ötürmə verib.