...

"Barselona" Conatan Davidin transferi üçün hərəkətə keçib

İdman Materials 22 Mart 2025 07:37 (UTC +04:00)
"Barselona" Conatan Davidin transferi üçün hərəkətə keçib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Barselona" mövsümün sonunda "Lill" ilə müqaviləsi başa çatan Conatan Davidi heyətinə qatmaq istəyir.

Trend xəbər verir ki, Kataloniya klubu 25 yaşlı hücumçunu yay transfer pəncərəsində transfer etmək üçün bütün imkanlarını səfərbər edib. Davidlə həmçinin "Arsenal" da yaxından maraqlanır.

Qeyd edək ki, kanadalı forvard bu mövsüm ümumilikdə 41 oyunda 23 qol vurub, 10 məhsuldar ötürmə edib. O, 2020-ci ildə "Gent"dən "Lill"ə transfer olunub.

Xəbər lenti

Xəbər lenti