...

Azərbaycan millisinin 2025-ci ildə ilk sınağı

İdman Materials 22 Mart 2025 09:26 (UTC +04:00)
Azərbaycan millisinin 2025-ci ildə ilk sınağı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan milli komandası bu gün 2025-ci ildə ilk oyununa çıxacaq.

Trend xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv yoxlama matçında tarixində ilk dəfə Haiti millisi ilə üz-üzə gələcək.

Millimiz rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. Görüş 21:45-də start götürəcək.

Haiti millisi hazırda FİFA reytinqində 86-cı yeri tutur. Azərbaycan yığması isə 117-ci yerdə qərarlaşıb.

Milli komandamız sonuncu yoxlama oyununu ötən il iyunun 11-də Qazaxıstana qarşı keçirib və 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 3 gün sonra Azərbaycan millisi növbəti yoxlama görüşündə Bakıda Belarusla üz-üzə gələcək.

Yoxlama oyunu

22 mart

21:45. Azərbaycan - Haiti

Hakimlər: Kadir Sağlam, Deniz Caner Ozaral, Anıl Usta (Türkiyə), Fərid Hacıyev (Azərbayan)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Xəbər lenti

Xəbər lenti