...

Azərbaycanın U-21 yığması Türkiyədə Şimali Makedoniya ilə qarşılaşacaq

İdman Materials 25 Mart 2025 13:48 (UTC +04:00)
Azərbaycanın U-21 yığması Türkiyədə Şimali Makedoniya ilə qarşılaşacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama görüşünü keçirəcək.

Trend xəbər verir ki, U-21 Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan seçməsi martın 22-də keçirilən ilk matçda Moldova yığmasını 2:0 hesabı ilə məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti