Bakı. Trend:
Türkiyə kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" oyununun referisi müəyyənləşib.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Hakimlər Komitəsi məlumat yayıb.
Məlumata görə, İstanbul derbisini Cihan Aydın idarə edəcək.
Aprelin 2-də keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.