...

UEFA Çempionlar Liqasında bu gecə iki qarşılaşma baş tutacaq

İdman Materials 9 Aprel 2025 09:00 (UTC +04:00)
UEFA Çempionlar Liqasında bu gecə iki qarşılaşma baş tutacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində ilk oyunlara daha iki qarşılaşma ilə yekun vurulacaq.

Trend xəbər verir ki, günün oyunlarında İspaniyanın "Barselona" klubu Almaniya təmsilçisi "Borussiya Dortmund"u, Fransanın PSJ-si isə İngiltərənin sürpriz komandası "Aston Villa"nı qəbul edəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, turnirin ilk oyun günündə maraqlı nəticələr qeydə alınıb. "Arsenal" doğma meydanda "Real Madrid" üzərində inamlı qələbə qazanaraq rəqibini 3:0 hesabı ilə məğlub edib. Digər görüşdə isə gözlənilməz nəticə yaşanıb – "Bavariya" öz meydanında favorit hesab olunduğu matçda "İnter"ə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, cavab qarşılaşmaları gələn həftə – aprelin 15-i və 16-da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti