...

U-17 millimiz İnkişaf Turnirində ilk oyununu keçirib

İdman Materials 14 Aprel 2025 17:57 (UTC +04:00)
U-17 millimiz İnkişaf Turnirində ilk oyununu keçirib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.

Trend AFFA-ya istinadən xəbər verir ki, U-17 meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Zimbru” stadionunda keçirilən görüş Moldova yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin start heyəti belə olub: 1. Rauf Əyyubov, 3. Sahib Xəlilli, 4. Rəşad Gülüşov, 5. Səttar Tahirzadə (k), 6. Toğrul Mehdizadə, 7. Muhamməd Çodarov, 8. Nihad Cəfərzadə, 9. Nicat Kərimov, 10. Samir Şərifov, 11. Pünhan Kərimov, 13. Nihad Hüseynzadə.

Qeyd edək ki, millimiz turnir çərçivəsində növbəti matçlarını aprelin 16-da Gürcüstanla, 19-da isə Estoniya ilə keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti