...

Azərbaycan Voleybol Federasiyasının Naxçıvan Filialı yaradılıb

İdman Materials 22 May 2025 14:34 (UTC +04:00)
Azərbaycan Voleybol Federasiyasının Naxçıvan Filialı yaradılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Voleybol Federasiyasının Naxçıvan Filialı yaradılıb.

Trend xəbər verir ki, bu günlərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yeni qurumun dövlət reyestrinə daxil edilməsi ilə bağlı qərar verib.

Qurumun əsas məqsədi Azərbaycan Voleybol Federasiyasının fəaliyyət istiqamətlərini əsas götürməklə Naxçıvan Muxtar Respublikasında voleybol idman növünü inkişaf etdirməkdən ibarət olacaq.

Hazırda struktur və təşkilati məsələlərin həlli ilə bağlı işlər görülür.

Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən Naxçıvan Voleybol Federasiyası 2025-ci ilin fevral ayında ləğv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti