...

“Ovyedo” “Beşiktaş”ın futbolçusunu heyətinə qatmağa iddialıdır

İdman Materials 11 Avqust 2025 12:12 (UTC +04:00)
“Ovyedo” “Beşiktaş”ın futbolçusunu heyətinə qatmağa iddialıdır
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

İspaniya La Liqasına geri qayıdan “Ovyedo” “Beşiktaş”ın futbolçusu Milot Raşiçanı heyətinə qatmağa iddialıdır.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, ispanlar kosovolu üçün “Beşiktaş”la danışıqlara başlayıb.

“Ovyedo” 29 yaşlı vingeri ən yaxşı halda icarəyə götürməyə çalışacaq. Raşiçanın “Beşiktaş”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

“Qara qartallar” Milot üçün 7 milyon avro tələb edir.

O, karyerası ərzində”Vuştria”, “Kurda”(hər ikisi Kosovo), “Vitess”(Niderland), “Verder”(Almaniya), “Norviç”(İngiltərə), “Qalatasaray” klublarında oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti